Rusiyanın sərnişin təyyarəsi Bakıya təcili eniş edib -

Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi artıq Gəncəyə uçub.

Metbuat.az xəbər verir ki, bu barədə Hava limanı məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə 12:42-də təyyarə sərnişinlərlə birgə Gəncəyə yola düşüb.


12:13

Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Metbuat.az hava limanına istinadən xəbər verir ki,, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib.

"Boeing 737" markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR