"Ronaldo, yoxsa Messi?" müzakirəsi bitdi -

Argentina Qətərdə keçirilən dünya çempionatının qalibi oldu. Penaltilərə gedən finalda Fransanı məğlub edən Argentinanın 36 illik həsrəti sona çatdı. Lionel Messi bu qələbə ilə uzun illərdir müqayisə olunduğu rəqibi Kriştiano Ronaldo ilə aralarındakı fərqi böyütdü.

Metbuat.az xəbər verir ki, Lionel Messi Dünya Kubokunu qazanaraq bir çox mübahisələrə son qoyub. Kriştiano Ronaldo və Maradona ilə müqayisədə 35 yaşlı ulduz Dünya Kubokunu qazana bilmədiyi üçün geridə qalırdı. Messinin kolleksiyasında çatışmayan bu mükafat da Qətərdə tamamlanmış oldu.

Lionel Messi 7 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə Argentinanı çempionluğa apardı. 35 yaşlı ulduz turnirin ən yaxşı oyunçusu seçilib. Ronaldo isə bu turnirlə Portuqaliyanın heyətində 1/4 finalda vidalaşdı.

Uzun illər Kriştiano Ronaldo ilə mübarizə aparan Lionel Messi bu kubokla rəqibinə böyük fərqlə geridə qoydu. Lionel Messi bu mükafatı 7 dəfə qazandıqdan sonra 5 Qızıl top sahibi olan Kriştiano Ronaldo arxa plana keçdi. Messinin Dünya Kubokunu qazanması və turnirin ən yaxşı oyunçusu seçilməsi ilə də bu fərq bir az da artdı.

Lionel Messinin karyerasında qazandığı kuboklar:

1 - Dünya Kuboku

1 - Amerika Kuboku

4 - Çempionlar Liqası

3 - UEFA Super Kuboku

3 - FIFA Klublararası Dünya Çempionatı

10 - İspaniya La Liqasının titulları

1 - Fransa Liqa 1 çempionluğu

7 - İspaniya Kral Kuboku

8 - İspaniya Superkuboku

1 - Fransa Super Kuboku

1 - 2008 Olimpiya çempionu

Ronaldonun qazandığı kuboklar:

3 - İngiltərə Premyer Liqası

5 - Çempionlar Liqası

3 - UEFA Super Kuboku titulu

2 - İspaniya La Liqasının çempionu

1 - AVRO 2016 çempionatı

1 - Portuqaliya Super Kuboku

1 - Portuqaliya Millətlər Liqası çempionu

4 - FIFA Klublararası Dünya Çempionatı

2 - İspaniya Superkuboku

2 - İspaniya Kral Kuboku

2 - İtaliya Liqasının çempionu

2 - İtaliya Superkubokunun qalibi

2 - Böyük Britaniya Superkubokunun qalibi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR