Dünya çempionu olan Messidən ilk AÇIQLAMA -

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının finalında Fransa üzərində əldə edilən qələbədən sonra fikirlərini paylaşıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, dünya çempionu olmaq onun uşaqlıq arzusu olub. “Bu gördüyünüz kubok həyatım boyu ən çox istədiyim şey idi” deyən Messi, futbolda arzuladığı bütün nailiyyətləri əldə etdiyinə görə xoşbəxt olduğunu ifadə edib. Final qarşılaşmasından əvvəl dünya çempionatından sonra millidəki karyerasını başa vuracağını deyən Messi, daha bir neçə il oynaya biləcəyini istisna etməyib.

“Karyeramı belə bitirmək istəyirdim, bundan artıq heç nə istəyə bilmərəm. Tanrı mənə hər şeyi verdi. Karyeramı bu şəkildə bitirmək çox təsiredici olardı. Milli komandada olmağı xoşlayıram. Dünya çempionu kimi oynamağa davam etmək istəyirəm" - Messi deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR