Nüsrətin Messiyə qarşı davranışı tənqid olundu -

"Nusr-Et" brendinin yardıcısı, türkiyəli iş adamı Nüsrət Gökçənin Messi ilə şəkil çəkdirdiyi anlar tənqid olunub.

Metbuat.az xəbər verir ki, sosial media fenomeni olan Nüsrət final matçının son fiti səslənəndən sonra meydançaya enərək argentinalı futbolçuların yanına gedib. O, turnirin qəhrəmanı Lionel Messiyə yaxınlaşaraq onunla şəkil çəkdirək istəyib. Onun israrlı bir şəkildə foto çəkdirmək istəməsi Messini narahat edib. Argentinalı futbolçu bədən dili ilə onun qolundan çəkməsindən narahat olduğunu ifadə edib.

Lakin Nüsrət israrını davam etdirib və bir neçə dəqiqədən sonra məqsədinə nail olub.

Sosial şəbəkələrdə isə Nüsrətin bu davranışı tənqid olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR