Sevda Yahyayeva ana oldu -

Müğənni Sevda Yahyayeva ana olub.

Metbuat.az xəbər verir ki, ötən gecə sənətçinin qızı dünyaya gəlib. Bu barədə Sevda özü məlumat verib. O övladı ilə yeni fotosunu izləyiciləri ilə paylaşıb: "Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə gündüz ana olmaq ücün vuruşursa inanın ki, buna dəyər. Ana olmaq gözəl bir hissdir. Xoşbəxt olduğün ən gözəl gündən belə million dəfə gözəldir. Ayla 3 kq cəkidə, 52 sm boyda dünyamıza gəldi və dünyamızı gözəlləşdirdi".

Xatırladaq ki, müğənni həkim-genetik Zakir Bayramovla evlidir. Cütlük ötən il ailə həyatı qurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR