Argentinanın hücumçusu Lionel Messinin dünya çempionu olandan sonra kubok ilə çəkdirdiyi foto instaqram tarixində ən çox bəyənilən foto olub.

Metbuat.az xəbər verir ki, Messinin paylaşımı 56 milyondan çox insan tərəfindən bəyənilib.

Bundan əvvəlki rekord yumurta ilə bağlı paylaşıma aid idi. “World_Record_Egg” adlı hesabda paylaşılan yumurta fotosunu 56 milyona yaxın instaqram istifadəçisi bəyənmişdi. Profilin adından da aydın olduğu ki, yumurta ilə bağlı paylaşım rekord əldə etmək məqsədi daşıyırdı.

Messinin paylaşımı rekord vurdu -