Dünya çempionu olan Messiyə fantastik təklif -

Lionel Messi “Barselona"ya qayıtmayacaq.

Metbuat.az xəbər verir ki, Fransa mənbələri belə məlumat yayıb. Bildirilir ki, “Barselona”nın maliyyə vəziyyəti Messini transfer edəcək qədər yaxşı deyil. Yaxın aylarda bu vəziyyətin düzələcəyi gözlənilmir. Xarici KİV-lər yazır ki, PSJ Messi ilə müqaviləni uzatmaq üçün yüksək məvacib nəzərdə tutan təklif hazırlayıb. Bildirilir ki, maddi məsələlərə görə, PSG “Barselona”nıböyük miqdarda üstələyir və yaxın günlərdə Messiyə “Barselona”nın yaxın belə dura bilməyəcəyi yeni müqavilə təklif edəcək.

Məlumata görə, yaxın vaxtlarda “Barselona” prezideti Xuan Laporta və Messi arasında heç bir əlaqə olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR