Ronaldo imzanı atır -

“Al Nassr” klubunun nümayəndələri ilə danışıqlar aparmaq üçün Dubaya gedən Kristiano Ronaldoya müqavilə rəsmən təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. Bildirilir ki, Ronaldo klub nümayəndələri ilə yekun görüş zamanı qərarının müsbət olduğunu ifadə edib. Ronaldo qərarını versə də müqaviləyə imza atmaq üçün bir neçə gözləyəcəyini ifadə edib. Xarici KİV-lər yazır ki, Ronaldo bir neçə gün Avropanın iddialı klublarından təklif gözləyəcək. Təklif olmasa Ronaldo “Al Nassr” klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, iddialara görə, Ronaldoya 2,5 illik müqavilə təklif edilib. Ronaldo təklifi qəbul edərsə, hər mövsümə 200 milyon dollar qazanacaq. Ronaldo məvacibinin bir hissəsini klubdan, əsas hissəsini isə reklamlardan əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR