Argentinanın hücumçusu Lionel Messi PSJ-nin yeni təklifini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ntvspor Fransa mətbuatına istinadən məlumat yayıb. Bildirilir ki, PSJ-nin bir illik yeni təklifi Messinin 2023-2024 mövsümünün sonuna qədər klubda qalmasını nəzərdə tutur.

KİV-lər yazır ki, Messini razı salmaq çətin olmayıb. Messinin ailəsi də onun Avropada futbol oynamasını istəyib.

Qeyd edək ki, Messinin adı bir neçə klubla birgə çəkilirdi.