PSJ klubu Lionel Messinin istəyini yerinə yetirməyəcək.

Metbuat.az xəbər verir ki, “Times” qəzeti bu barədə məlumat yayıb. Bildirilir ki, Messi klub rəhbərliyindən parislilərin növbəti ev oyununda dünya kubokunu azarkeşlərə göstərməyə icazə verməsini xahiş edib. PSJ rəhbərliyi isə hesab edir ki, final oyununda məğlub olan tərəf Fransa olduğuna görə, Parisdə dünya kubokunun təqdim edilməsi gərginliyə səbəb ola bilər. Həmçinin, PSJ fransız futbolçu Mbappenin də bu məsələdən narahat olacağını ifadə edib.

Klub rəhbərliyi Messini də narazı salmamaq üçün məsələni ona izah edib. Bu səbəb görə, hələki vətənində istirahət edən Lionel Messi PSJ-nin növbəti turda "Strasburq"u qəbul edəcəyi oyunu buraxa bilər.