Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez futbolçuya avtomobil hədiyyə edib.

Metbuat.az xəbər verir ki, o, bununla bağlı məlumatı ulduz futbolçu "Instagram" hesabında paylaşıb.

Belə ki, Corcina Ronaldoya Yeni il bayramı münasibəti ilə “Rolls Royce" alıb. Bu avtomobilin qiyməti isə 370 min dollardır ( 629 min manatdan çox)ə

Ronaldo da "Istagram" hesabında Corcinaya təşəkkür edərək bu sözləri yazıb: "Təşəkkürlər, sevgilim".

Qeyd edək ki, cütlüyün övladı var.