Ronaldo transferi niyə açıqlanmır? -

Səudiyyə Ərəbistanının “Al-Nassr” klubu Kriştiano Ronaldonun mümkün transferi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, klubun idman direktoru Marselo Salazar bildirib ki, Ronaldonu transfer etmək üçün tələsik qərar verilməyəcək. “Ronaldo futbol tarixinin ən yaxşılarından biridir. Tələsməyəcəyik və ilin sonuna qədər gözləyəcəyik. İşlərin davamı nəzərdən keçiriləcək” - idman direktoru deyib.

Qeyd edək ki, “Al-Nassr” Ronaldonu transfer etmək üçün maaş büdcəsini qaydaya salmalı, bunun üçün isə 3 futbolçu ilə müqaviləni dayandırmalıdır.

“Times” qəzeti Ronaldonun “Al Nassr” klubunun nümayəndələri ilə danışıqlar aparmaq üçün Dubaya getdiyi barədə məlumat yayıb.

İddialara görə, Ronaldoya edilən 2,5 illik müqavilə təklifi hələ də qüvvədədir. Ronaldo təklifi qəbul edərsə, hər mövsümə 200 milyon dollar qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR