Ronaldo bu klubda oynamaq istəyir

İspaniyanın "Real" klubu Kriştiano Ronaldonu yenidən heyətinə qata bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb. Bildirilir ki, 37 yaşlı hücumçunun meneceri Xorxe Mendes və “Real Madrid” arasında danışıqlar gedir. İddialara görə, Ronaldo özü İspaniyaya qayıtmaq istəyir.

Qeyd edək ki, “Marca” portuqaliyalı futbolçu Kriştiano Ronaldonun “Əl-Nəssr” klubu ilə danışıqlar aparmaq üçün Dubaya getdiyini dərc etmişdi. İddialara görə, Ronaldoya edilən 2,5 illik müqavilə təklifi hələ də qüvvədədir. Ronaldo təklifi qəbul edərsə, hər mövsümə 200 milyon dollar qazanacaq. Məlumata görə, Avropadan təklif olmasa Ronaldo müqaviləyə imza atacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR