Yaponiya Tayvan sahillərinə raket sistemləri yerləşdirir

Yaponiya hökuməti Tayvandan 110 kilometr məsafədə yerləşən Yonaguni adasına raket sistemləri yerləşdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, raketlər qurudan hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, bu qərar Şimali Koreyanın raket təhdidləri ilə əlaqədar qəbul edilib. Bildirilib ki, Yaponiya əsas ərazisindən uzaqda yerləşən adaların müdafiəsini gücləndirmək üçün tədbirlər görür. Lakin xarici KİV-lər yazır ki, Yaponiya Çinin Tayvan üzərində təzyiqinin artması səbəbilə belə həmlə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR