“Əl-Nasr” PSJ-nin müdafiəçisi Serxio Ramosla maraqlanır.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Kriştianu Ronaldo ilə birlikdə ispaniyalı futbolçunu da almaq istəyir.
Qeyd edək ki, Ramosun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Hərçənd, o, parislilərlə müqavilənin müddətini uzatmağa qərar verə bilər.