Messi ilin ən yaxşı idmançısı seçildi

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Metbuat.az xəbər verir ki, səsvermədə dünyanın 113 ölkəsindən 420 jurnalist iştirak edib. Messi respondentlərin 962 (25,45%) səsini toplayıb. Armand Duplantis (atletika, 373 səs) 2-ci olub. PSJ-nin və Fransa millisinin oyunçusu Kilian Mbappe (366 səs) 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Messi bu il Argentina millisinin tərkibində dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR