Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. Bildirilir ki, Ronaldo müqavilə çərçivəsində ümumilikdə 200 milyon avro qazanacaq. Müqavilənin müddətinin 2,5 il olduğunu bildirilir.
Qeyd edək ki, Ronaldo üçün “Real Madrid” klubunun da təklif göndərdiyi bildirilirdi. Məlumata görə, “Real Madrid” Ronaldoya onun tələb etdiyi məvacibdən 60 faiz az maaş təklif edib.