"Əl-Nəsr" Ronaldoya müstəsna səlahiyyət verdi

"Əl-Nəsr"lə 2,5 illik müqavilə bağlayan Kriştianu Ronalduya klub rəhbərliyi tərəfindən müstəsna səlahiyyət verildiyi açıqlanıb.

Metbuat.az "CBS Sports "a istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı baş məşqçini dəyişmək hüququna malikdir.

Xəbərə görə, klub bossları inkişaf strategiyasını məhz Ronaldunun üzərində qurub və onun istəyi bütün hallarda, əsas götürüləcək.

Qeyd edək ki, "Əl-Nəsr"in indiki baş məşqçisi daha öncə Fransanın "Olimpik Lion" və "Olimpik Marsel" klublarında işləmiş Rudi Qarsiyadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR