Ronaldonun imza mərasimindəki sözləri qalmaqal yaratdı -

“Əl-Nəsr” klubuna transfer olan Kristiano Ronaldo imza mərasimi zamanı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Ronaldo “Əl-Nəsr” klubunu seçməsini belə izah edib:

“Avropada çox yaxşı işlər gördüm. Böyük uğurlar qazandım. Artıq orada işim bitib.Asiyaya gəlib gənclərin futboldakı inkişafına dəstək vermək istəyirəm. Ailəm burada olmaqdan xoşbəxtdir. Çox yaxşı qarşılandıq. Braziliya, ABŞ, Portuqaliya, Avstraliya və Avropadan başqa klublar da məni transfer etmək istədi. Lakin mən buranı seçdim”.

Açıqlama zamanı Ronaldo səhv də edib. Belə ki, o, Səudiyyə Ərəbistanı əvəzinə Cənubi Afrika deyib:

“Burada futbol çox fərqlidir. Buna görə də mənim üçün Cənubi Afrikaya gəlmək kariyeramın sonu deyil. Dəyişiklik olmasını istədim. İnsanların nə dediyinə əhəmiyyət vermirəm”.

Ronaldonun açıqlamaları sosial mediada birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri Ronaldonu səhvinə görə tənqid edib və onu “Əl-Nəsr” klubunumaddi məsələlərə görə seçdiyini bildiriblər.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb. O reklam gəlirləri də daxil olmaqlar ildə təqirbən 200 milyon avro qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR