Səudlar Ronaldonun sevgilisinə görə qaydaları dəyişdilər -

Səudiyyə Ərəbistanı hökuməti Kriştiano Ronaldoya sevgilisi Corcina Rodrigeslə birgə yaşamağa icazə verib.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, evli olmayan cütlüklərin eyni evdə qalmasının qadağan olması barədə qaydanın Ronaldo-Corcina cütlüyünə aid edilib-edilməyəcəyi müzakirə edilirdi. Bildirilir ki, Ronaldo Corcina ilə rəsmi nigahda olmasa da, Səudiyyə Ərəbistanı hökuməti qaydanı onlara aid etməyəcək.

Yerli mənbələr yazır ki, Ronaldo ilə bağlı bu məsələdən sonra hökumətin ümumiyyətlə əcnəbilərə qarşı mövqeyi dəyişib. Rəsmi nigahda olmayan cütlüklər artıq məsuliyyətə cəlb edilmir. Buna qədər qohumluq əlaqələri və əməkdaşlıqları olmayan əcnəbi qadınların krallığa daxil olması qadağan edilirdi. Lakin indi bu məsələyə də önəm verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR