Ronaldo ulduz futbolçuları yanına "çəkir" -

“Liverpul”un futbolçusu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olacaq.

Metbuat.az xəbər verir ki, braziliyalı hücumçu ilə danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvard başqa təklifləri olmasına baxmayaraq, “Əl-Nəsr”də oynamaq ehtimalını daha yüksək qiymətləndirir.

Ronaldunun ərəblərlə müqavilə bağlaması da Firminonun qərarına təsir göstərib. Onun yayda azad agent kimi bu kluba keçməsi gözlənilir.

Qeyd edək ki, Roberto Firmino bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 21 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR