"Əl Nəsr" və "Əl-Tai" komandaları arasında oynanılacaq Səudiyyə Ərəbistanı çempionatının XII tur oyunu təxirə salınıb.

Metbuat.az-ın məlumatına görə, qarşılaşma şiddətli yağış və hava şəraitinin stadionun elektrik enerjisinə təsiri ilə əlaqədar planlaşdırılan vaxtda baş tutmayıb.

Görüş 24 saat təxirə salınıb.

Qeyd edək ki, matç ötən gün Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi. Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 2022-ci ilin sonunda "Əl Nəsr" ilə müqavilə imzalayıb.