Ronaldo bu tarixdə debüt edəcək

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Portuqaliyalı hücumçunun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

O vaxta qədər Ronaldo İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.

Qeyd edək ki, Ronaldo bundan əvvəl 2023-cü ildə “Əl Nəsr”in ilk matçını buraxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR