"Bolt" və "Uber"in qiymətləri kəskin

Hazırda ölkədə davam edən qarlı hava şəraiti səbəbindən taksi xidmətlərinin qiyməti kəskin artıb.

Metbuat.az xəbər verir ki, ən çox istifadə edilən "Bolt" və "Uber" taksi xidmətlərində qiymətlərdə 2-3 dəfə artıb.

Məsələn, İnşaatçılar metrosu istiqamətində Xırdalan istiqamətində normal günlərdə 5 manat civarında hərəkət edən sərnişin hazırda bu xidmət üçün 10 manatdan çox ödəməlidir.

Bundan başqa, normal hava şəraitində 3 manat civarında qət edilən yol üçün bu gün 6 manat, 4, 5 manatlıq gediş haqqı üçün isə 10,11 manat ödəniş tələb olunur.

Qeyd edək ki, qarlı hava şəraiti səbəbindən yollarda sərnişinlərin və avtobusların hərəkətində çətinliklər yaşanır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR