“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldonun “Əl-Nəsr” klubuna transfer olmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o qeyd edib ki, bu “Əl-Nəsr” klubu üçün “möhtəşəm” transferdir. Ronaldoya uğurlar arzu edən Ançelotti, onun “Real Madrid”in əfsanəsi olduğunu ifadə edib.

“Səudiyyə Ərəbistanının Kristiano həmləsi ilə idmanda inkişaf etmək istəyən ölkə olduğunu görürük. Kristianonun oraya getməsi öz qərarıdır, amma onun səviyyəsində bir oyunçunun transferi ölkə liqası üçün önəmlidir” - Ançelotti deyib.