"Azərbaycandan hərbçiləri gətirib müalicə etmişik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hərbçilərinin Türkiyədə müalicə almasından danışıb.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransında çıxışı zamanı söz açıb:

"Biz Rusiya və Ukraynaya yaralılar üçün humanitar dəhliz açılması təklifini vermişik. Sadəcə Rusiya-Ukrayna deyil, eyni zamanda Suriyadan, Azərbaycandan, Liviyadan yaralıları gətirib müalicə edib geri göndəririk. Bu, bizim insani borcumuzdur", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR