Messidən GÖZLƏNİLMƏZ QƏRAR -

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əh-Hilal” klubuna keçməyə etiraz etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Lionel Messinin maraqlarını təmsil edən atası Xorxe Səudiyyə Ərəbistanındadır və o, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə edir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubunun 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif etdiyi irəli sürülür. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib. Səudiyyə Ərəbistanı hakimiyyəti Ronaldodan sonra Messinin də transferinə önəm verir.

Ərəblər hesab edir ki, Ronaldodan sonra Messi ilə də müqavilə imzalanması liqaya marağı xeyli artıracaq və bu da ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR