Final fitindən sonra ara qarışdı - Qapıçını vurdular /

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Tottenhem” - “Arsenal” oyunu zamanı gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, final fitindən sonra “Tottenhem”ın futbolçusu Riçarlisonla rəqibin qapıçısı Ramsdale arasında gərginlik baş verib. Məsələyə mühafizəçilər və digər futbolçular müdaxilə edib. Ardınca Ramsdale qapı xəttinin yanındakı su qabını götürməyə gedərkən, meydan sahiblərinin azarkeşlərindən biri qapıçıya təpiklə zərbə endirib. Zərbə güclü alınmayıb. Mühafəziçilərin müdaxiləsi ilə tərəflər sakitləşdirilib. Qeyd edək ki, London derbisində "Arsenal" 2:0 hesablı qələbə qazanıb.

"Tottenhem" - "Arsenal" - 0:2

Qollar: Loris, 14-avotoqol, Odeqard, 36



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR