Bu siyahıda nə Ronaldo, nə də Messi var -

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə Avropanın bombardirləri sırasına düşüb.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb.

Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Minimum 25 qol vuran oyunçuların yer aldığı siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu düşə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR