Qarabağdakı sərvətlərimizi bu şirkətlər talayıb

İşğal dövründə Azərbaycanın yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

O bildirib ki, "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq"ı istismar edən şirkətlər bunlardır: "Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR