İlin transferi: Gündoğan türk klubu ilə razılığa gəldi

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan “Qalatasaray”la razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, tərəflər ilkin razılıq əldə ediblər. Məlumata görə, türk əsilli futbolçuya bir sıra təkliflər olsa da, o “Qalatasaray” rəhbərliyinə söz verib. İddialara görə, futbolçu Avropanın nəhəng klublarından təklif almasa, qəti olaraq “Qalatasaray”ı seçəcək. Gündoğan mediaya açıqlamasında isə bildirib ki, Türkiyədə forma geyinmək onu diqqətini çəkir.

“Türkiyə çox cəlbedici gəlir. ABŞ-ı da çox sevirəm. Orada bir neçə dəfə tətildə olmuşam” - Gündoğan deyib.

Qeyd edək ki, İlkay Gündoğanın “Mançester Siti” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR