Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Onun durumunun necə olduğu hələlik açıqlanmayıb.

Xatırladaq ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.