Oyun zamanı Ronaldo Messiyə nə deyib -

Xəbər verdiyimiz kimi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, qarşılaşma başlayarkən Mesi və Ronaldo arasında ünsiyyət olub. Tərəflər kiçik dialoq qurublar. Bu zaman onların nə dediyi məlum deyil. Lakin xarici KİV-lər yazır ki, ola bilər Ronaldo Messini dünya çempionu olması münasibətilə təbrik edib. Ola bilər ki, tərəflər sadəcə bir-birilərinə uğurlar arzulayıblar.

Qeyd edək ki, qarşılaşma Paris təmsilçisinin 5-4 hesablı qələbəsi ilə başa çatıb. Messi 1, Ronaldo isə 2 qol vurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR