21-ci əsrin bombardirləri açıqlandı -

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Metbuat.az qurumun saytına istinadən xəbər verir ki, siyahıya bir müddət əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçən portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. O, 21-ci əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

PSJ-nin argentinalı hücumçusu Lionel Messi 487 qolla 2-cidir. Zlatan İbrahimoviç (392) 3-cü, Luis Suares (364) 4-cü, Robert Levandovski (357) 5-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR