Portuqaliyalı hücumçu Kriştiano Ronaldo dünən "Əl-Nəsr"in heyətində debüt edib.
Metbuat.az xəbər verir ki, "Əl-Nəsr "Əl-İttifak"la qarşılaşaraq 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunun müəllifi isə Anderson Talisca olub.
Bu zaman Ronaldonun qol sevincini komanda yoldaşları ilə bölüşməsi azarkeşləri tərəfindən də sevilib. Azarkeşlər uzun zamandan sonra Ronaldonun oynadığı klubda bu qədər sevincli olduğunu dilə gətiriblər.
Həmçinin klubun baş məşqçisi Garcia ulduz futbolçunun debütündən danışaraq bunları qeyd edib: "Komandanızda Ronaldo kimi oyunçunun olması bpyük töhfədir. Rəqibin müdafiə nizamını pozmaqda kifayət qədər effektli idi. Ronaldonun iştirakı ilə belə rəqiblərin bizi məğlub etməsi asan deyil".


