Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

"2022-ci ilin əvvəlindən başlayaraq ilin sonuna qədər əmlak bazarında çox ciddi qiymət artımları baş verdi. Yeni tikililərdə təxminən 20% bahalaşma olub. Artımlar əsasən, Abşeron, Bakı, Xırdalan, Sumqayıt ərazisində müşahidə edilib. Eyni zamanda, il ərzində istismar müddətini bitirmiş 2, 3, 4 və 5 mərtəbəli binalarda da qiymətlər kəskin artıb".

Metbuat.az xəbər verir ki, bunu "Margin.az"a açıqlamasında əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, 2021-ci ildə hər hansısa metrostansiyaya yaxın 1 otaqlı mənzillər 60-65 min manat, 2 otaqlılar 70-80 min arası, 3 otaqlılar 100-120 min arası dəyişirdisə, 2022-ci ildə bu qiymət 1 otaqlılarda 80 min manat, 2 otaqlılarda 90-100 min manat, 3 otaqlılarda isə 130-150 min manat arasında dəyişib:

"Qiymətlər daha çox istismar müddətini bitirmiş, qəzalı, sökülmə ehtimalı olan binalarda baş verib. Buna səbəb o idi ki, həmin binalar sökülüb yerində yeniləri tikiləcəkdi. Fərdi həyət evlərində isə elə də ciddi qiymət artımları baş verməyib".

Ekspert hesab edir ki, yeni tikililərdə qiymətlər artmağa davam edəcək: "Çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin məhdudluğu və tikinti materiallarının qiymətinin artması bu cür artımlara gətirib çıxarır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR