Messi təəccübləndirdi: PSJ ilə danışıqları dayandıran hücumçu bu kluba keçir

PSJ-nin hücumçusu Lionel Messi klubu ilə müqavilə danışıqlarını dayandırıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Messinin karyerası ilə bağlı qərar verdiyi güman edilir. Lakin Messinin qərarının nədən ibarət olduğu məlum deyil. İddialara görə, Messi PSJ-dən azad agent kimi ayrıla bilər.

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. İddia edilir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif edib. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR