“Türkiyə və Macarıstandan İsveç və Finlandiyanın NATO-ya daxil olması barədə işləri sürətləndirməsini rica edirəm”.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına əngəl olmaq lazım deyil. Stoltenberq Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran kitabının yandırılmasını tənqid edib. O həmçinin qeyd edib ki, söz azadlığı İsveç və NATO ölkələrində bir dəyərdir. Buna görə, belə hallar avtomatik olaraq qanunsuz hesab edilmir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dininə hörmət etməsəniz, NATO ilə bağlı bizdən heç bir dəstək almayacaqsınız” – deyə bildirmişdi.