"Əl-Nəsr" çoşdu -

Kriştiano Ronaldo ilə 2,5 illik müqavilə imzalayan “Əl-Nəsr” klubu futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.

Metbuat.az “ESPN”ə istinadən xəbər verir ki, Ronaldo qəbul edərsə, müqavilə başa çatandan sonra onunla yeni müqavilə imzalana bilər. Hazırki müqaviləsi başa çatanda Ronaldo 40 yaşında olacaq. Məlumata görə, bununla belə “Əl-Nəsr” futbolçunun təcrübəsindən faydalanmaq istəyir. Bildirilir ki, “Əl-Nəsr” Ronaldonun karyerasını klubda başa çatdırmasını təklif edib.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” klubundan illik təqribən 200 milyon avro məvacib alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR