Ronaldo özünə bənzəmir:

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal oyununda "Əl-Nəsr" klubunun "Əl-İttihad"a 1-3 məğlub olaraq mübarizəni dayandırmasından sonra Ronaldonun oyunu tənqid edilib.

Metbuat.az xəbər verir ki, ərəb mediası Ronaldonunun ikinci rəsmi oyunda da uğursuz oyun sərgilədiyini yazıb. 90 dəqiqə oyunda olan hücumçu qapıya 1 dəqiq zərbə endirib. Ronaldonun qapı qarşısına ötürdüyü 5 top dəqiq alınmayıb.

Ronaldo oyun zamanı 5 dəfə hava mübarizəsinə girib və yalnız birində topu qazana bilib. Hücumçu oyun zamanı 12 dəfə top itirib. Ronaldonun uğursuz oyunu sosial mediada da müzakirə olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR