Peruda avtobus uçuruma aşdı: 24 turist öldü

Peruda turistləri aparan avtobusun uçuruma aşması nəticəsində azı 24 nəfər ölüb. Qəza Perunun şimal-qərbindəki Piura departamentində baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bildirilib ki, içərisində təxminən 60 nəfər olan avtobus yolun sıldırımlı hissəsində uçuruma aşıb.

Xilasedicilər və polis yaralılara kömək etmək üçün hadisə yerinə gəlib. Yaralılar El Alto və Mankoradakı yerli xəstəxanalara aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR