Messiyə fantastik təklif

Səudiyyə Ərəbistanı klubları Lionel Messini almaq niyyətindədir.

Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, Messinin “parislilər”lə müqaviləsi 2023-cü ilə qədərdir. Messi müqaviləni yenidən imzalamasa, Səudiyyə komandaları onu almağa çalışacaq. Ərəb klubları artıq Messi üçün məvacibi olduqca çox olan müqavilə də hazırlayıblar.

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. İddia edilir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif edib. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR