ABŞ Türkiyə və İsveç arasındakı danışıqlara müdaxilə etmir - Kirbi

“ABŞ Türkiyə, İsveç və Finlandiya arasındakı danışıqlara müdaxilə etmir”.

Metbuat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə açıqlama verib. O bildirib ki, ABŞ danışıqlarda iştirak etmir və fikir ayrılıqları onların öz aralarında həll edilməlidir.

Qeyd edək ki, İsveçdə Quran kitabına hörmətsizlikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya daxil olması üçün dəstək verməyəcəklərini açıqlayıb. Ərdoğan Finlandiya barədə isə fərqli mövqe ortaya qoya biləcəklərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR