Messi, Salah, Brüyne... -

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu heyətinə iddialı futbolçular cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilir ki, "Əl-Hilal"ın ilk hədəfi Lionel Messidir. Klub Messiyə 200 milyon funt-sterlinqdən çox məvacib təklif edib. Messi təklifi qəbul edərsə dünyanın ən çox maaş alan futbolçusu olacaq. "Əl-Hilal"ın transfer etmək istədiyi digər futbolçular isə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüyne və “Liverpul”un hücumçusu Məhəmməd Salahdır.

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR