"Sabah" səfərdə "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. 26 xala malik "Qəbələ" 5-ci sıradadır.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" görüşü ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR