Öz cənazə mərasimində ortaya çıxdı -

Braziliyada 60 yaşlı kişinin öz cənazə mərasimində ortaya çıxması hamını heyrətə gətirib.

Metbuat.az xəbər verir ki, məlum olub ki, 60 yaşlı şəxs cənazə mərasiminə kimlərin qatılacağını görmək üçün yalandan özünün ölməsi barədə xəbər ortaya atıb. Mərasimdə qəflətən ortaya çıxan şəxs zarafat etdiyini və cənazəsində hansı dostlarının və qohumlarının iştirak edəcəyini görmək istədiyi üçün belə qərar verdiyini ifadə edib. Lakin onun yaxınları bu vəziyyətdən özlərini itiriblər. Qohumlar 60 yaşlı şəxsi qəddar adlandırıb. Məlumata görə, 60 yaşlı şəxs özü cənazə mərasimlərinin təşkilatçısıdır. O ölüm xəbərini mediada özü yayımlayıb.

Braziliyalı bildirib ki, bəzi cənazə mərasimlərində sadəcə 2 nəfərin iştirak etdiyini görəndə təsirlənib. Buna görə də, o öz cənazə mərasimində neçə nəfərin və kimlərin iştirak edəcəyini bilmək istəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR