Klub rəhbərliyi Messi barədə XOŞ XƏBƏRİ açıqladı

Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə yeni müqavilə üçün danışıq aparıldığını rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, parislilərin idman direktoru Luis Kampos argentinalı hücumçunu komandada saxlamaqda maraqlı olduqlarını etiraf edib.

O, tezliklə ortaq məxrəcə gələcəklərinə inandığını vurğulayıb: “Leo ilə yeni müqaviləni müzakirə edirik. Onun bizim layihənin bir parçası kimi burada davam etməsini istəyirik. Əgər Messi sözləşməni yeniləsə, buna yalnız şad olarıq. Ümid edirik ki, danışıqlar tezliklə müsbət yekunlaşacaq”.

Klub rəhbərliyinin açıqlaması PSJ azarkeşləri arasında sevinclə qarşılanıb.

Qeyd edək ki, 36 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Messinin PSJ ilə danışıqları dayandırdığı barədə xəbərlər dərc edilmişdi.

Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. İddia edilir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR