Türkiyə millisinin üzvü Merih Demiralın zəlzələdən zərərçəkənlərə kömək üçün hərraca çıxardığı Kriştiano Ronaldonun, Paulo Dibalanın və Leonardo Bonucinin formaları satılıb.

Metbuat.az xəbər verir ki, formaların satışından ümumilikdə 5 milyon Türkiyə lirəsi əldə edilib. Bu barədə 24 yaşlı müdafiəçi özü açıqlama verib. Həmin məbləğ zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə göndərilib. Alvaro Morata və Antuan Qrizmannın formalarının satışı üçün hərrac isə davam edir.