Ronaldonun Poker etdiyi oyun -

Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində rəsmi oyununda ilk pokerini edib.

Metbuat.az xəbər verir ki, bu, 37 yaşlı futbolçunun komandasının "Əl-Vehda" ilə qarşılaşdığı Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunun görüşündə baş verib.

“Əl-Nəsr”in kapitanı ilk qolu 21-ci dəqiqədə vurub, ardınca 40 və 51-ci dəqiqələrdə fərqlənib. Hücumçu 61-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR