“Əl-Nəsr”də rəsmi oyunlarda ilk dəfə poker edən Kriştiano Ronaldo bununla bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, 4 qol vurduğu üçün əla hisslər keçirdiyini ifadə edib.
“İnamlı qələbə qazandığımız oyunda 4 qol vurmaq və 500-cü qolu rəsmiləşdirmək əla duyğudur” - Ronaldo yazıb.
Qeyd edək ki, Ronaldonun 4 qol vurduğu oyunda “Əl-Nəsr” “Əl-Vəhda” klubuna 4-0 hesabı ilə qalib gəlib.